• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Ukrayna bir həftəyə cavab verəcək" - Zelenski

DÜNYA

09 Aprel 2022 | 00:40 | Müəllif: Subhan Mahmudov

"Ukrayna bir həftəyə cavab verəcək" - Zelenski

"Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğuya bir həftəyə cavab verəcək".

Bakıvaxtı.az "report"-a istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sənədin bir həftə ərzində tamamlanacağına əmin edib.

Qeyd edək ki, bu gün Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Aİ-yə daxil olmaq üçün sorğu vərəqəsini təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl Zelenski Avropa İttifaqı Şurasının üzvləri qarşısında çıxışı zamanı Ukraynanın Aİ-yə qəbulunu gecikdirməməyə çağırmışdı, çünki Rusiya ilə müharibə fonunda bu qərar gecikə bilər.

Ukraynalılar arasında keçirilən sorğuda Aİ-yə qoşulmağa dəstək faizi 90%-i ötüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR