Ukrayna nümayəndə heyəti aprelin 11-12-də təbii ehtiyatlar sahəsində sazişin müzakirəsi üçün ABŞ-yə səfər edəcək.
Bu barədə Bakıvaxtı.az “Bloomberg”ə istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, nümayəndə heyətinə Ukraynanın iqtisadiyyat və ədliyyə nazirlərinin müavinləri daxil olacaq.
Agentliyin həmsöhbətləri bildiriblər ki, danışıqlar qapalı formatda keçiriləcək.
Bakı 



