Danışıqlar davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
Danışıqlarda ümumi nizamlanma, atəşkəs, qoşunların ölkə ərazisindən çıxarılması məsələləri müzakirə olunur.
***
15:43
Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia Rusiya tərəfi ilə danışıqların bərpa olunduğunu elan edib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı başlayandan bəri dünən Moskva və Kiyev arasında danışıqların dördüncü mərhələsi keçirilib. Ukrayna nümayəndə heyəti çərşənbə axşamına qədər texniki fasilə verildiyini bildirmişdi.
“Artıq danışıqlar gedir”, - deyə Araxamiya qeyd edib.
















