Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1254 tankı, 3063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 203 hərbi təyyarəsi, 167 helikopteri, 2157 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 455 dronu, 43 xüsusi avadanlığı, 103 qanadlı raketi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 500-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.
















