• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bu ölkədə piylənmə epidemiya həddinə çatıb

DÜNYA

18 Iyun 2022 | 01:43 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə piylənmə epidemiya həddinə çatıb

Çilidə çəki artıqlığı və piylənmə epidemiya həddinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Amerikanın bu ölkəsində qeyri-sağlam qidaya “müharibə elan edilməsinə” və başqa tədbirlərə baxmayaraq, əhalinin 75 faizi çəki artıqlığından əziyyət çəkir. Ekspertlər onu da qeyd edirlər ki, əhalinin yoxsul təbəqələri sağlam qidalanma imkanından məhrumdurlar.

Məktəbə Kömək və Təqaüdlər üzrə Milli Şuranın (Junaeb) məlumatına görə, 2020-ci ildə artıq yeməkdən əziyyət çəkən uşaqların sayı 54,1 faiz təşkil edib.

Tərkibində şəkər, duz, doymuş piylər və kalorilər çox olan qida məhsullarının kompleks şəkildə markalanması haqqında 2016-cı ildə qəbul edilmiş məşhur qanunun müəllifi olan senatorun sözlərinə görə, Çili bütün dünyada nələr baş verəcəyini araşdıran laboratoriyadır. XX əsrin ikinci yarısında infeksion və yoluxucu xəstəliklərə qarşı mübarizə üzrə dünyada ən səmərəli siyasətin bu ölkədə həyata keçirilməsi sayəsində Çili koronavirus pandemiyasının öhdəsindən gələ bilib. Lakin piylənmə yoluxucu xəstəlikdən də qorxuludur. Koronavirusdan il ərzində 5,6 milyon nəfər həlak ola biləcəyi halda piylənmə ildə 41 milyon insanın həyatına qon qoyur. Çilili senator fiziki fəallığı və sağlam qidalanma mədəniyyətini inkişaf etdirməyə çağırır.

Ümumdünya Səhiyyə Təşkilatı piylənmə ilə potensial ölümcül xəstəliklər (ürək xəstəlikləri, diabet və s.) arasında əlaqə olması barədə xəbərdarlıq edir. 2016-cı ildə dünyada piylənmədən əziyyət çəkən yaşlı əhalinin sayı təqribən 13 faiz olub (azərtac). Bu göstəricini xeyli üstələyən Çili ABŞ və Meksika ilə yanaşı, ictimai səhiyyənin bu probleminin ön sıralarında gedir.

Çilili həkimlərin fikrincə, pəhriz saxlamaq xərc tələb edir, çünki sağlam qida çox bahadır. Əhalinin yoxsul təbəqələri çoxlu çörək yeyir və az məbləğdə qazancını pəhriz mütəxəssislərinə deyil, yeməyə xərcləməyi üstün tuturlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR