• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna və ABŞ ticari əməkdaşlıq memorandumu imzaladı

DÜNYA

03 Sentyabr 2021 | 22:48 | Müəllif: Subhan Mahmudov

Ukrayna və ABŞ ticari əməkdaşlıq memorandumu imzaladı

Ukrayna və ABŞ hökumətləri ticari əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sənəd Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində imzalanıb.

Memorandum Amerika şirkətlərinin Ukraynada və Ukrayna şirkətlərinin Amerikada ticari iştirakını təşviq edir, Ukrayna və ABŞ-da rifahı, təhlükəsizliyi və iqtisadi artımı gücləndirmək üçün iki ölkənin qarşılıqlı marağını həyata keçirməyi hədəfləyir

Müqavilələrə əsasən, tərəflər kommersiya layihələri hazırlamağı və həyata keçirməyi, həmçinin Ukrayna və ABŞ-da dövlət satınalmalarında iştirak etməyi planlaşdırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026