• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ukrayna XİN-dən Xameneiyə CAVAB

DÜNYA

21 Iyul 2022 | 17:23 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna XİN-dən Xameneiyə CAVAB

Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından bəri İran açıq şəkildə neytrallığını elan edib, atəşkəs, siyasi və diplomatik həlli müdafiə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin(XİN) sözçüsü Oleq Nikolenkonun bəyanatında bildirilib.

O qeyd edib ki, Ukrayna tərəfi İran rəhbərliyinin ritorikasının dəyişməsindən narahatdır.

“Rusiya Federasiyasına hücumun hazırlanması ilə bağlı hər hansı ittiham əsassız və manipulyasiyadır. Biz İran tərəfini Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünü qızışdıracaq bəyanatlardan və ya addımlardan çəkinməyə çağırırıq”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei iki gün əvvəl Tehranda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib ki, əgər NATO-nun qarşısı alınmasaydı, onlar bir müddət sonra Krımı bəhanə edərək müharibəyə başlayacaqdılar/apa/.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026