• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada vətəndaşlıq almaq üçün yeni şərtlər

DÜNYA

11 Iyul 2022 | 18:06 | Müəllif: Subhan Mahmudov

Ukraynada vətəndaşlıq almaq üçün yeni şərtlər

Ukrayna vətəndaşlığı almaq istəyən şəxslər üçün imtahan keçirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.

O bildirib ki, bu məsələnin qanunvericiliklə dəyişdirilməsi hökumətin və Ali Radanın səlahiyyətidir:

"Ukrayna vətəndaşlığının qəbulu üçün məcburi imtahanın tətbiqi məsələsi qanunvericilik yolu ilə həll olunmalıdır. Ona görə də mən Ukraynanın Baş naziri Şmıqala elektron ərizədə qaldırılan məsələnin hərtərəfli işlənməsi üçün müraciət etmişəm".

Qeyd edək ki, vətəndaşlıq imtahanları bütün dünya təcrübəsində - Estoniya, Litva, Latviya, Polşa, Almaniya, ABŞ və digər ölkələrdə var. Tələblər isə ölkəyə görə dəyişir. Namizədlərə ölkənin dilini, tarixini və konstitusiyasını bilmək, habelə dövlət himnini öyrənməklə bağlı test imtahanı vermələri təklif olunur.(axar.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026