• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yaponiyada isti dalğası: Bir həftədə 5 nəfər öldü

DÜNYA

10 Avqust 2022 | 13:30 | Müəllif: Qalib İbrahimoğlu

Yaponiyada isti dalğası: Bir həftədə 5 nəfər öldü

Yaponiyada avqustun 7-dək davam edən bir həftə ərzində 5 nəfər günvurmadan öıüb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin Fəlakətlərin İdarə Olunması Agentliyinin açıqlamasında bildirilir.

Məlumata görə, ölkədə  7 min 218 nəfər günvurma əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Səhiyyə müəssisəsinə müraciət edənlərin 2 min 615-nin 18-65 yaş arasında olduğu açıqlanıb.

Yaponiya Meteorologiya Agentliyi həddindən artıq istilərin gələn həftəyə qədər davam edəcəyini açıqlasa da, paytaxt Tokio yaxınlığındakı Saitama əyalətində termometrlər 38 dərəcəni göstərib. Tokio və ətraf ərazilərdə də 34 dərəcə və yuxarı temperatur müşahidə olunub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026