• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ukraynanın 100-dən çox hərbi obyekti VURULDU

DÜNYA

26 Mart 2022 | 13:45 | Müəllif: Subhan Mahmudov

Ukraynanın 100-dən çox hərbi obyekti VURULDU

Son sutka ərzində Ukraynaya məxsus 117 hərbi obyekt Rusiyanın hərbi aviasiyası tərəfindən vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov məlumat verib.

"Vurulan obyektlər arasında altı komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, bir S-300 zenit-raket kompleksi, doqquz silah və sursat anbarı, iki yanacaq-sürtkü anbarı, həmçinin Ukrayna Silahlı Qüvvələrin bölmələrinin, millətçi qüvvələrinin 92 dayaq məntəqəsi və hərbi texnikanın cəmləşdiyi ərazi var”, - deyə Rusiya rəsmisi mətbuata açıqlamasında bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR