• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ukraynaya daha çox silah veriləcək - Bayden AÇIQLADI

DÜNYA

09 Aprel 2022 | 08:57 | Müəllif: Subhan Mahmudov

Ukraynaya daha çox silah veriləcək - Bayden AÇIQLADI

ABŞ Prezidenti Co Bayden Rusiya hərbçilərinin Kramatorskdakı dəmiryol vağzalına raket zərbəsi endirməsinə münasibət bildirib.

Bakıvaxtı.az  "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bunu vəhşilik adlandırıb və Tvitter səhifəsində Ukraynaya təhlükəsizlik və silah-sursat sahəsində dəstəyi davam etdirəcəyini vəd edib.

"Ukrayna dəmir yolu vağzalına hücum Rusiyanın təxliyə olunmağa və təhlükəsiz yerə çatmağa çalışan mülki vətəndaşlara qarşı törətdiyi növbəti dəhşətli vəhşilikdir", - deyə Bayden yazıb.

O, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini və ölkəni qorumaq üçün silah tədarük edəcəyini vurğulayıb.

"Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu hücumu araşdırmaq səylərini dəstəkləyəcəyik. Biz rusların hərəkətlərini sənədləşdirir və onları məsuliyyətə cəlb edəcəyik", - ABŞ Prezidenti əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026