• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ukraynaya yeni “Challenger 2”lər veriləcək

DÜNYA

04 Mart 2023 | 23:45

Ukraynaya yeni “Challenger 2”lər veriləcək

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, Kiyev iki dəfə çox “Challenger 2” tankı (14 əvəzinə 28) və daha çox (24 əvəzinə 33) “AS-90” 155 mm-lik özüyeriyən artilleriya qurğuları alacaq.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ukrayna səfiri “Azadlıq Radiosu”na müsahibəsində bildirib.

Diplomat Ukraynanın digər silahlar, xüsusilə də təyyarələr əldə etmək variantlarını axtardığını da vurğulayıb və qeyd edib ki, NATO üzvlərinin hamısının ölkəmizdən silah tələbləri var.

Bundan başqa, o, əlavə edib ki, Böyük Britaniya Ukrayna qoşunlarının Britaniyada hərbi təlim keçmə müddətini əhəmiyyətli dərəcədə - iki yarım dəfə artırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026