• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Finlandiya prezidenti NATO-ya üzv olacaqları tarixi açıqladı

DÜNYA

03 Aprel 2023 | 21:01 | Müəllif: Subhan Mahmudov

Finlandiya prezidenti NATO-ya üzv olacaqları tarixi açıqladı

Finlandiya Prezidentinin Ofisi respublikanın aprelin 4-də NATO-ya üzv olacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı NATO-nun baş katibi Yens Stoltenberq də təsdiqləyib.

Respublikanın NATO-ya qəbulu üçün Brüsseldə sürətləndirilmiş hazırlıq işləri aparılır, son zəruri detallar dəqiqləşdirilir. Növbəti 24 saat ərzində hər şey qaydasında getsə, sabah rəsmi mərasim ərəfəsində Finlandiya bayrağı NATO-nun mənzil-qərargahı qarşısında qaldırıla bilər.

Qeyd edək ki, aprelin 4-ü NATO üçün əlamətdar gündür - məhz 1949-cu ilin bu günündə 12 ölkə qurumun yaradılmasını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026