• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan T-70 helikopterinə "Nefes" adını verdi

DÜNYA

03 May 2023 | 18:33 | Müəllif: Subhan Mahmudov

Ərdoğan T-70 helikopterinə "Nefes" adını verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınsöndürən təyyarələrin təhvil verilməsi mərasimində iştirak edib.

Bakıvaxtı.az TurkicWorld-a istinadən xəbər verir ki, prezident T-70 helikopterinə "NEFES" adını verib.

Məlumata əsasən, bir Sikorsky T70 tipli yanğınsöndürmə helikopteri, dörd Air Tractor model yanğınsöndürmə təyyarəsi və bir kəşfiyyat təyyarəsi Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasına əlavə edilib.

Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan kəşfiyyat təyyarəsinə "OTAĞ" adını verib.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən "NEFES" 2,5 ton su atma qabiliyyətinə malikdir.

Hazırda Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasındakı 22 təyyarə və 9 helikopterdən ibarət 31 texnikanın ümumi dəyəri 286 milyon dollar təşkil edir.

Bundan əlavə, Türkiyənin yerli və milli Atak-2 helikopterlərindən istifadə edərək 4 ton su atma qabiliyyətinə malik 10 helikopterin istehsalı üçün TUSAŞ-la 208 milyon dollarlıq müqavilə imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026