• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xalq artisti vətənə qayıtdı

DÜNYA

03 May 2023 | 17:52

Xalq artisti vətənə qayıtdı

Rus estradasının primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova İsraildən Rusiyanın paytaxtına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a onun köməkçisi Yelena Çuprakova bildirib.

A.Puqaçovanın modelyer dostu Valentin Yudaşkinin Moskvada keçiriləcək vida mərasimində iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, V. Yudaşkin mayın 2-də 59 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

A.Puqaçova Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci ilin yazında İsrailə köçüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026