• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyadan "Assanj" postu ilə Britaniyaya eyhamlı cavab

DÜNYA

03 May 2023 | 17:35

Rusiyadan "Assanj" postu ilə Britaniyaya eyhamlı cavab

Böyük Britaniya Xarici İşlər Nazirliyi sosial şəbəkədə Rusiyada mətbuat azadlığının itirilməsinə eyham vuraraq paylaşım edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, paylaşımda “Rusiyada mətbuat azadlığı” ifadəsinin təkrarlandığı, lakin hər təkrarda bir cümlənin silindiyi və sonda yoxa çıxdığı görülüb.

Rusiya Xarici İşlər Nazirliyi isə Böyük Britaniyanın payıaşımına istinad edərək İngiltərədə saxlanılan Wikileaks-in qurucusu Culian Assancın fotosunu paylaşıb.

Assanj 2006-cı ildə hökumətin məxfi məlumatlarını və fotoşəkillərini dərc edən Wikileaks saytını təsis edib və 2010-cu ildə ABŞ əsgərlərinin İraqda dinc əhaliyə vertolyotdan atəş açdığını göstərən kadrları dərc etdikdən sonra bütün dünyada məşhurlaşıb. Julian Assange 2019-cu ildə Ekvadorun Londondakı səfirliyində 7 il yaşadıqdan sonra müxtəlif ittihamlarla, o cümlədən cinsi qısnama ittihamı ilə Britaniya polisi tərəfindən saxlanılıb və həbs edilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026