• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Universitet və məktəb koronavirusa görə BAĞLANDI

CƏMİYYƏT

15 Aprel 2021 | 11:53

Universitet və məktəb koronavirusa görə BAĞLANDI

Azərbaycanda fəaliyyət göstərən bir universitet və bir məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialında çalışan əməkdaşlar arasında koronavirusa yoluxma qeydə alındığı üçün ali məktəb karantinə bağlanıb.

Eyni zamanda, Tovuz rayonunun İsakənd tam orta məktəbində dərslər dayandırılıb.

Dərslər iki həftə distant formada davam etdiriləcək.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026