• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxub

CƏMİYYƏT

13 May 2021 | 22:27

Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxub


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1 427 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakivaxti.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 328 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 311 198 nəfər müalicə olunaraq sağalıb, 4 742 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 728 nəfərdir.

Ötən müddət ərzində 3 360 900 test aparılıb. Bugünkü test sayı isə 7 733-dür.


SON XƏBƏRLƏR