• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Uşaqları bu virusdan qoruyun: ƏSAS SİMPTOMLAR

CƏMİYYƏT

27 Oktyabr 2023 | 16:00 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqları bu virusdan qoruyun: ƏSAS SİMPTOMLAR

“Hər zaman soyuq havalarla əlaqədar bir çox kəskin respirator viruslarının baş qaldırdığını görürük”.

Bunu Bakıvaxtı.az-a Bunu Bakıvaxtı.az-a terapevt Sübhan Hacıyev son günlər uşaqlar və böyüklər arasında yüksək hərarət, səs tutulması halları ilə müşahidə olunan xəstəliyin yayılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu virus infeksiyaları yuxarı və aşağı tənəffüs yollarında olur. Bura adenovirus, koronavirus, influenza, qrip, paraqrip və s. bu kimi virusları aid etmək olar. Həkim deyib ki, adətən, simptomları oxşar olur. Bəzən virusun gedişatına görə müalicə metodunda dəyişiklər olur. Çox zaman geniş spektırlı dərmanlarla bu virusları məhv edib sağaltmaq olur.

Müsahibimiz qeyd edib ki, əsas simptomlar daha çox uşaqlarda olur: “Onların immun sistemləri tam formalaşmadığı üçün orqanizmləri virus infeksiyalarına daha uyğun olur. Açığı, böyüklərə də onlardan keçir. Bu virus infeksiyaları hava, damcı yolu ilə yoluxduğu üçün birinci yuxarı tənəffüs yollarına keçir. Əsas simptomları burun axma, burun tutulması, boğazda qıcıqlanma, ağrı, qaşınma, yüksək hərarət və quru öskürəkdir”.

S.Hacıyev bildirib ki, orqanizmin immun sistemi 3 gün ərzində virusu öhdəsindən gələ bilməsə, aşağı tənəffüs yollarına keçib xəstəliyi ağırlaşdıra bilir. Bu zaman səs tellərində də zədələnmə olur. Bu da səs tutulması ilə özünü büruzə verir.

Onun sözlərinə görə, hər kəskin respirator virus infeksiyası xəstəxanada müalicə olunmur: “Buna ehtiyac da yoxdur. Bir çox insanın immun sistemi xəstəliyin öhdəsindən gələ bilər. Risk qrupuna daxil olan şəxslər uşaqlar, hamilələr, xroniki ürək-damar, şəkərli diabet, qaraciyər və böyrək xəstəliyi olan yaşlılardır. Bu insanlar xəstəliyi daha ağır formada keçirir. Hətta bu virus infeksiyalarla yanaşı bakterial infeksiyalarla da ağırlaşa bilirlər. Bu cür pasiyentləri xəstəxana şəraitində müalicə etmək lazımdır”.

Sübhan Hacıyev: Bu virus infeksiyalarla yanaşı bakterial infeksiyalarla da ağırlaşa bilirlər

Sübhan Hacıyev tövsiyə edir ki, insanlar soyuq qış aylarında kəskin respirator viruslardan qorunmaq üçün bol-bol ilıq maye qəbul etsinlər, Vitamin C, Vitamin D, sink və selen kimi mikroelementlərdən istifadə etsinlər: “Qorunmaq üçün mövsümə uyğun geyinsinlər, mədə-bağırsaq problemləri yoxdursa, ədviyyətlı qidalardan bol istifadə etsinlər. Yaxşı olar ki, idmanı unutmasınlar. Gün ərzində 40-45 dəqiqəlik yürüyüş bədənimizin aktiv qalmasına kömək olacaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR