• Bakı 19° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına buraxıldı

CƏMİYYƏT

02 Avqust 2021 | 13:00

Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına buraxıldı

Rüşvət almaqda şübhəli bilinərək iyul ayının 23-də həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev azadlığa çıxıb.

Bakıvaxtı.az-ın Unikal.org-a istinadən məlumatına görə, o, məhkəmənin qərarı ilə, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. O, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Foto: Vüsal Babayev



 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026