• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Vaqner” muzdluları Ukraynaya göndərilib

SİYASƏT

26 Sentyabr 2022 | 11:47 | Müəllif: Qalib İbrahimoğlu

“Vaqner” muzdluları Ukraynaya göndərilib

“Beynəlxalq mövzulara maraq göstərənlərin az qala hamısı bilir ki, Rusiyada muzdlu “Vaqner” qruplaşmasının təsisçisi Evqeniy Priqojindir. Bu şəxs Kreml sahibi Vladimir Putinin Sankt-Peterburqdan yaxın dostudur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Priqojin Putinin hesabına varlanıb: “Onun “Konkord” şirkəti ərzaq təhcizatı ilə məşğuldur, o cümlədən Priqojin Kremldəkilərin bahalı süfrələrinə cavabdehdir. Prqiojin bu mənada Putinin şəxsi aşbazı titulunu da daşıyır. Bunun hesabına Priqojin dövlətin tenderlərində əsas pay sahibidir".

E.Şahinoğu bildirib ki, Priqojin illər uzunu “Vaqner”lə bağlılığını təkzib edib: "Nəhayət, o, bugünlərdə etiraf edib ki, “Vaqner” muzdlu qruplaşmasını 2014-cü ildə təsis edib. Niyə məhz 2014-cü il? Görünür, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra muzdlu qruplaşmaya ehtiyac duyub”.

Politoloq bu ideyanın arxasında şəxsən Putinin dayandığını zənn edir: "O düşünüb ki, oxşar şirkətlər rəqibi ABŞ-da varsa, Rusiyada niyə olmasın? Putin bu işi varlanmasına imkan saxladığı ən yaxın dostuna tapşırıb. “Vaqner” muzdluları Liviya, Suriya savaş təcrübəsindən çıxdıqdan sonra Ukraynaya göndəriliblər. “Vaqner”in Ukraynada itkiləri çoxdur. Putin itkilərin yerini doldura bilmədiyinə görə qismi səfərbərliyə ehtiyac duyub. Priqojinin özü isə Rusiya həbsxanalarını gəzərək əfv qarşılığında məhbusları Ukraynaya ölümə göndərməklə məşğuldur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR