• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Vasif Talıbov və oğlu komitə üzvü seçildilər

CƏMİYYƏT

01 Avqust 2023 | 16:08

Vasif Talıbov və oğlu komitə üzvü seçildilər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiqlənib və deputatların sayı 5-dən 10-a çatdırılıb. Həmçinin, 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb. Bunlar Hüquq siyasəti, İqtisadi siyasət, Sosial siyasət və Humanitar siyasət komitələridir.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin deputatları Vasif Talıbov Sosial siyasət komitəsinin, oğlu Seymur Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçiliblər.

S.Talıbov bundan əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq, V.Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026