• Bakı C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Vaşinqtonda baş verən təyyarə qəzası faciədir - Tramp

DÜNYA

30 Yanvar 2025 | 09:20

Vaşinqtonda baş verən təyyarə qəzası faciədir - Tramp

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən Amerika lideri adından yayılan yazılı bəyanatında deyilir.

“Reyqan hava limanında baş vermiş faciəvi qəza haqqında mənə tam məlumat verildi. Allah onların ruhlarını qorusun! Mən vəziyyəti izləyirəm və təfərrüatları ortaya çıxan kimi paylaşacağam”, - ABŞ administrasiyasının rəhbəri əlavə edib.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.


SON XƏBƏRLƏR