• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Venesuelada prezidentə sui-qəsd hazırlayanlar saxlanıldı

DÜNYA

14 Mart 2024 | 09:19

Venesuelada prezidentə sui-qəsd hazırlayanlar saxlanıldı

Venesuelada prezident Nikolas Maduroya sui-qəsd təşkil etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Bakıvaxtı.az yerli "Teletica" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə baş prokuror Tarek Uilyam Saab bildirib.

Qeyd olunub ki, işlə bağlı Milli Qvardiyanın keçmiş serjantı Renzo Flores və müxalifətdə olan "Delo R" təşkilatının üzvü Uiker Xose Pinya saxlanılıb.

Onlar vatsap statuslarında Maduroya qarşı təhdidlər yazmaqda ittiham olunurlar. Nəşrin məlumatına görə, həbs zamanı onların telefonlarında tankları ələ keçirmək və dövlət çevrilişi təşkil etmək üçün 50 əsgərin cəlb edilməsi ilə bağlı söhbətlər aşkarlanıb.

Venesuelada son bir il ərzində prezidentə qarşı beş sui-qəsd cəhdində şübhəli bilinən 40-a yaxın adam həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026