• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb

CƏMİYYƏT

01 Yanvar 2024 | 12:40

Vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb

Bu gündən Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, vergi ödəyicisinin və yaxud başqa borclu şəxsin vergi orqanının qərarlarından, vergi orqanının vəzifəli şəxsinin hərəkətlərindən şikayətlərinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Amma şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30iş günü müddətinə uzadılacaq. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026