• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Vətən Bağı" şəhid ailələri ilə birgə Naxçıvandadır

CƏMİYYƏT

03 May 2023 | 16:38 | Müəllif: Qalib İbrahimoğlu

"Vətən Bağı" şəhid ailələri ilə birgə Naxçıvandadır

"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin üzvləri, şəhid ailələri ilə birgə Naxçıvan Muxtar Respublikasında səfərdədirlər.

Bu barədə Bakıvaxtı.az-a İB-dən bildirilib.

Məlumata görə, səfərin əsas məqsədi Naxçıvandakı şəhid ailələrini ziyarət etmək, ailələr arasında səmimi münasibətlərin qurulmasıdır.

İlk olaraq şəhid ailələri Naxçıvan şəhərində ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək, onun heykəli qarşısına gül dəstələri qoyublar.

Bundan sonra şəhid ailələri Şərur rayonuna səfər ediblər. Onlar öncə Şərur rayonunda Şəhidlər xiyabanını ziyarət edəcək, sonra isə şəhid Əli Yusifovun ildönümü olduğu üçün onun anım tədbirində iştirak edəcəklər. 

Qeyd edək ki, 5 gün davam edəcək səfərdə Muxtar Respublikanın bütün rayonlarında şəhid ailələri ilə görüşlər keçiriləcək, Şəhidlər xiyabanı ziyarət ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026