Yaz ayları saçların Günəşin təsirindən ən çox zədələndiyi və baxıma ehtiyac duyduğu dövrdür. Bəs saçlarımızın canlılığını itirməməsi üçün nələrə diqqət etməliyik?
Dernatokosmetoloq Günay Feyziyeva Bakıvaxtı.az-a bildirib ki, Günəş, saça vurulan boya, perm, hovuz, dəniz suyu kimi proseslərin hər biri saçın nəmini itirməsinə səbəb olur. Onun sözlərinə görə, zədələnmiş saçlar üçün yüksək bərpaedici qulluq və nəmləndirici xüsusiyyətlərə malik saç baxım vasitələrindən istifadə etmək olar. Kosmetoloq deyib ki, saçları papaq, şərf kimi aksesuarlarla örtərək günəş şüalarının qurumasını və saçların taxmasının qarşısını almaq mümkündür: “Sıx topuzlar, hörüklər, “at quyruğu” isti havanın qızdırıcı təsirini azalda bilər, lakin saçın kökləri tərləyir və sıx yığılmış saçlarda sıxılır. Arada bir saçınızı açıb havalandırmaq saç köklərinizdə təravət hissi yaradacaq”.
Onun sözlərinə görə, dənizin duzlu və qumlu suyu ilə hovuzun xlorlu suyu günəşin zərərli şüaları ilə birləşdikdə saçların strukturunun pozulmasına səbəb olur. Nəticədə saçların qırılması və ya tökülməsi baş verə bilər. Dənizdən və ya hovuzdan çıxan kimi təmiz su ilə yaxalamaq və sonra şampunla yumaq lazımdır.

Günay Feyziyeva, dermotokosmetoloq
Yaz aylarında tez-tez alınan duşlar, hovuz və dənizin daha sürətli axan boyası nəticəsində yayda saçlar daha sürətli uzanır. Mümkünsə boyama kimi əməliyyatları təxirə salmaq olar.
“İsti havaların təsiri ilə orqanizmdə nəm itkisi baş verir. Həm dərinizə, həm də saç follikullarına nəm lazımdır. Bu nəmi saxlamaq üçün çoxlu maye içmək lazımdır”.
Saçınızı Günəşin və dənizin mənfi təsirlərindən qorumaq üçün G.Feyziyevanın məsləhətləri var. "Günəş şüaları saçın xarici təbəqəsi olan kutikulanın aşınmasına və zədələnməsinə səbəb olur. Nəticədə saç nəmini itirir, mat və kövrək olur. Bədənimizə günəş kremi sürtərkən saçın uclarına günəşdən qoruyucu və nəmləndirici spreylərdən istifadə etmək lazımdır. Saçlarımızı birbaşa Günəşə məruz qoymaq əvəzinə hörüb toplamaq da təsirli bir üsuldur”.
Müsahbimiz əlavə edib ki, tərkibində aloe vera, avokado, Hindistan cevizi, gənəgərçək, arqan, zeytun, üzüm çəyirdəyi və jojoba kimi yağlar olan məhsulların nəmləndirici və strukturlaşdırıcı təsirə malikdir: “Bu məhsullardan istifadə saçların nəmli və daha az köhnəlməsinə kömək edir".
Dermatokosmetoloq yay dövrü üçün xüsusi nəmləndirici və bərpaedici şampunlara üstünlük verməyi məsləhət görür: “Həftədə 1-2 dəfə nəmləndirici və strukturlaşdırıcı maskadan istifadə edin. Nəmliyini itirən saçlar daha kövrək olur. Daranmağı asanlaşdıran su əsaslı, spreydən istifadə edin. Saçlarınız quru və kövrəkdirsə geniş dişli daraq seçin. Saçlarınızı təbii vəziyyətdə qurudun. İstilik və düzəltmə proseslərindən çəkinin. Keratin üslubunda düzəldici kimyəvi müalicələrdən çəkinin”.
Xəyalə Rza
















