• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Polşa Belarusla sərhədə 500 polis göndərəcək

CƏMİYYƏT

02 Iyul 2023 | 16:20 | Müəllif: Subhan Mahmudov

Polşa Belarusla sərhədə 500 polis göndərəcək

Polşa hakimiyyəti Belarusla sərhədi möhkəmləndirmək üçün 500 polis əməkdaşı göndərmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu terrorla mübarizə bölmələri həyata keçirəcək.

“Səbəb qonşularla sərhəddə yaranmış gərgin vəziyyətdir”, - deyə ölkənin daxili işlər naziri Mariuş Kaminski bildirib.

O əlavə edib ki, “onlar sərhədləri qoruyan 5000 sərhədçi və 2000 əsgərə qoşulacaqlar”.

Bu həftənin əvvəlində Polşa hökumətinin baş nazirinin müavini Yaroslav Kaçinski Vaqner qrupunun bu ölkəyə köçürülməsi ilə əlaqədar Belarusla sərhəd bölgəsində təhlükəsizliyin gücləndirilməsi üçün tədbirlərin görülməsini zəruri hesab edib. O vurğulayıb ki, söhbət həm xüsusi müvəqqəti, həm də daimi təhlükəsizlik tədbirlərindən gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026