• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avstraliyada ilk dəfə buna görə psixoaktiv maddələr istifadə olunacaq

CƏMİYYƏT

02 Iyul 2023 | 15:27 | Müəllif: Subhan Mahmudov

Avstraliyada ilk dəfə buna görə psixoaktiv maddələr istifadə olunacaq

Avstraliya dünyada travma sonrası stress pozğunluğu və depressiyanın müalicəsində psixoaktiv maddələrin istifadəsini qanuniləşdirən ilk ölkə olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliyanın Terapevtik Mallar İdarəsinə istinadən “Sky News Australia” telekanalı məlumat verib.

Qeyd olunub ki, lisenziyalı psixiatrlar 1 iyul 2023-cü il tarixindən qüvvəyə minən müəyyən psixi sağlamlıq şərtləri üçün tərkibində metilendioksi metamfetamin və ya psilosibin olan dərmanlar təyin edə bilərlər.

Belə ki, tərkibində metilendioksi metamfetamin olan dərmanlar travma sonrası stress pozğunluğunun müalicəsində, psilosibin isə müalicəyə davamlı depressiya üçün istifadə edilə bilər.

İdarə bildirib ki, qərar travma sonrası stress pozğunluğu və depressiya üçün kifayət qədər effektiv müalicə vasitələrinin olmaması ilə əlaqədar verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026