• Bakı C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən ATDI

HADİSƏ

15 Yanvar 2025 | 13:03

Vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən ATDI

Dünən axşam saatlarında Xətai rayonunda intihar hadisəsi baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb.

O, hadisə yerində ölüb.

Məlumata görə, vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışan İbrahim Kərbalıyevin oğludur.

Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.


SON XƏBƏRLƏR