“Biz sənətçilər ruh insanlarıyıq. Ona görə bizi idarə etmək çox asandır. Bizi incitməyin”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov (Bariton) “Tarixin bir günü” verilişində deyib.
Müğınni qeyd edib ki, vicdansız olmaq asan məsələdir: “Nələrsə üçün onu itirməyək. Acından ölməyəcəksiniz, çörəksiz qalmayacaqsınız. 30-40 minlik avtomobildən və bahalı görünməkdən ötrü insanların qüruru ilə oynamayın, vicdansızlıq etməyin”.
V.Muradov insanları vicdanlı olmağa səsləyib: “Var-dövlətim olmasa da, dünyanın xoşbəxti mənəm. Çünki canım sağlamdır, rahat nəfəs alıram, ətrafımda məni sevən 3-4 insan var. Məcbur deyilsiniz, nəyəsə görə insanları alçaltmağa, gözdən salmağa, əzməyə və tapdalamağa. Ömür o qədər qısadır ki… Qısa ömrümüzü belə şeylərə həsr etməyək. Mən zəifəm, boynuma alıram. Verilişinizə çağırın, mahnılarımı oxuyum, deyib gülüm, söhbət edək, bağrıma basım. Baxmayın ki, iki metr boyum var... Məni rahat buraxın”.
“Məni pis şeylərə görə verilişlərinə çağırmasınlar, tanımasınlar və saymasınlar. Məni yandıran odur ki, məndən sonra bu sənətə gələnlərin kifayət qədər toyu, məclisləri var amma... Tamaşaçılar məni kobud insan kimi tanıyır. Axı niyə karyerama toxundunuz? Çörəyimlə niyə oynadınız? Vüqarı qızışdırdınız və saldınız ortaya...”, - deyə Vüqar Muradov əlavə edib.
Ziyafət Əlisoy
















