• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Virts Çempionlar Liqasının tarixinə düşüb

İDMAN

20 Sentyabr 2024 | 10:49

Virts Çempionlar Liqasının tarixinə düşüb

Almaniyanın "Bayer 04" klubunun futbolçusu Florian Virts UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna Niderlandda yerli "Feyenoord" komandasını məğlub etdikləri matçda dubl etməklə nail olub.

O, qitənin bir nömrəli klub turnirində debüt matçında 2 qol vuran ilk almaniyalı oyunçudur.

5-ci dəqiqədə hesabı açan Virts Leverkuzen təmsilçisinin Çempionlar Liqasında ən erkən səfər qoluna da imza atıb.

Qeyd edək ki, qarşılaşma Almaniya klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Bayer 04"ün turnirdə ən böyükhesablı səfər qələbəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026