Şimali Osetiya rəhbəri Sergey Menyaylo Vladiqafqazda televiziya qülləsi yaxınlığında partlayışla bağlı xəbərləri təkzib edib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, respublika rəhbəri feyk xəbərlər yaymamağa çağırıb.
Qeyd edək ki, "SHOT" teleqram kanalı PUA-nın Vladiqafqazın Osetinskaya Qorka küçəsindəki televiziya qülləsini vurmağa cəhd etdiyini və nəticədə partlayış baş verdiyini yazıb.
***
10:11
Rusiyanın Vladiqafqaz şəhərində ticarət mərkəzində yanğından əvvəl partlayış baş verib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə operativ xidmətlər məlumat yayıb.
Ticarət mərkəzində partlayış nəticəsində bir nəfər həlak olub.