• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Ötən il idxal inflyasiyası daha aktiv olub - Deputat

İQTİSADİYYAT

27 Mart 2023 | 10:48

Ötən il idxal inflyasiyası daha aktiv olub - Deputat

“2022-ci ilin xarici ticarət üzrə yekunları göstərir ki, əsas ərzaq mal qrupları üzrə idxal ixracatı üstələməkdə davam edib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, idxalın xaricə göndərdiyimiz məhsullardan daha çox olması ölkədən valyutanın çıxması ilə yanaşı istehlak bazarında qiymətlərə təsiri baxımdan da arzuolunan deyil:

“Məhz bu səbəbdən, 2022-ci ildə idxal inflyasiyası daha aktiv oldu.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il diri heyvanlar və heyvan mənşəli məhsullar üzrə idxalımız 386 milyon 957 min dollar olduğu halda ixracatımız 24 milyon 549 min dollar olub. Yəni, ət məhsulları üzrə idxal ixracatı 16 dəfə üstələyib. Bitki mənşəli məhsullar üzrə idxalımız 968 milyon 758 min dollar, ixracatımız isə 695 milyon 75 min dollar olub. Bitki mənşəli məhsullar üzrə də idxalın 40.0 faizlik üstünlüyü var”.

V.Bayramovun sözlərinə görə, hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər və sirkə və tütün və onun əvəzediciləri məhsullar üzrə idxalımız ötən il daha çox olub:

“Belə ki, 2022-ci ildə Azərbaycan bu kateqoriya üzrə 1 milyard 38 milyon dollar dəyərində məhsul idxal edib və 162 milyon 180 min dollarlıq ixrac reallaşıdırıb. Göründüyü kimi, bu vacib mal qrupu üzrə də idxal yüksək olaraq qalmaqdadır.

Dünya və eləcə də regional ərzaq bazarlarındakı volatilliyi və bir sıra məhsullar üzrə qlobal ərzaq qıtlığını nəzərə alsaq idxalın minimumlaşdırılması daha vacib prioritet olaraq qalmaqdadır. 2022-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında da yerli istehsalın dəstəklənməsi və ərzaq təhlükəsizliyi əsas milli prioritetlər sırasındadır. Bu idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılması və istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımdan da vacibdir”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR