• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Vurduğu qolu atasına həsr etdi

İDMAN

01 Oktyabr 2024 | 11:45

Vurduğu qolu atasına həsr etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının II turunda Qətərin “Ər-Rayyan” komandasına vurduğu qolu mərhum atasına həsr edib.

Bakıvaxtı.az  "A Bola"ya istiinadən xəbər verir ki, ulduz futbolçu vurduğu qolun fərqli olduğunu və onu atasının ad gününə həsr etdiyini bildirib.

O, "Ər-Rayyan"la matçın 77-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, K.Ronaldunun atası Xose Diniş Aveyru DÇ-2006-nın seçmə mərhələsində 2005-ci ildə Moskvada baş tutan Rusiya - Portuqaliya matçından (0:0) əvvəl qaraciyər çatışmazlığından dünyasını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026