Köhnə əməliyyat sistemlərinə sahib smartfonlarda "WhatsApp" mesenceri işləməyəcək.
Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, qadağa martın 10-da qüvvəyə minəcək.
Belə ki, "WhatsApp" "Android 4.4 KitKat" və ondan əvvəlki versiyalarla çalışan cihazlarda əlçatan olmayacaq. Qadağa "LG Nexus 4", "Samsung Galaxy Note 2" və "Galaxy S3", "HTC One X", "Optimus G" və "Motorola Moto G" (1-ci nəsil) kimi modellərə aiddir.
5 may tarixində isə "WhatsApp" "iPhone 6" və "iPhone 6 Plus" modellərində, həmçinin "iOS 15.1"dən aşağı versiyalara malik cihazlarda da fəaliyyətini dayandıracaq.
Şirkət bu qərarı köhnə proqram təminatı ilə tətbiqin uyğunlaşdırılmasının çətinləşməsi ilə izah edib.