Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.
Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq.
"Bizim çoxlu potensial alıcılarımız var. "TikTok"a böyük maraq var", - dövlət başçısı əlavə edib.
O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.
Xatırladaq ki, yanvarın 19-da ABŞ-də "ByteDance"dan "TikTok"un ölkədəki seqmentini satmağı tələb edən qanun qüvvəyə minib.