Vətəndaşı “Wolt”dan yemək sifariş etməsinə peşman etdilər.
Bu barədə Bakıvaxtı.az-a şikayətçi Samir Əfətli bildirib.
O, qida çatdırılması platforması ilə tanınan texnologiya şirkəti olan “Wolt”dan 14,50 manat dəyərində yemək sifariş edib: “Yeməyin xəstəlik mənbəyi olması qoxusundan bilinirdi. Həm “Wolt”a, həm restorana şikayət etdim. Dedilər ki araşdıracağıq. Amma cavab vermədilər”.
Şikayətçi iddia edib ki, “Wolt” üçün qida təhlükəsizliyi önəmli deyil: “Bu şirkətin hədəfi daha çox restoranla əməkdaşlıq etmək və pul qazanmaqdır. Problem olanda da deyirlər ki, əməkdaşlıq etdiyimiz restoranlara Qida Təhlükəsizliyi Agentliyi (AQTA) lisenziya verib”.
Məsələ ilə bağlı 05.05.2022-ci il tarixində AQTA-ya informasiya sorğusu göndərilib.
Ramid İbrahimov



















