• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

"WP": Tramp Ukraynanın bəzi silah tələblərini təsdiqləyib

DÜNYA

10 Iyul 2025 | 12:41

WP: Tramp Ukraynanın bəzi silah tələblərini təsdiqləyib

ABŞ prezidenti Donald Tramp iyun ayında NATO-nun Haaqa sammitində Vladimir Zelenskinin təqdim etdiyi ətraflı siyahı əsasında Ukraynanın hərbi yardımla bağlı bəzi müraciətlərini artıq təsdiqləyib.

Bakıvaxtı.az "The Washington Post"a (WP) istinadən xəbər verir ki, hansı silahların təsdiq edildiyi açıqlanmayıb.

Bildirilib ki, Pentaqonun Ukraynaya silah tədarükünü nəzərdən keçirməsi iyun ayında müdafiə naziri Pit Heqsetin Ağ Ev və müdafiə rəsmiləri ilə məsləhətləşmələrdən sonra memorandum imzalamasından sonra başlayıb. 

Memorandumda döyüş sursatı tədarükünün dayandırılması tələb olunmayıb, lakin onların hərtərəfli nəzərdən keçirilməsi üçün yeni mexanizmdən danışılıb. 

Gülşən Şərif
 


SON XƏBƏRLƏR