• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

06 Fevral 2024 | 10:24

Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq - FOTO - YENİLƏNİB

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub

    ...

    10:00

    Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.

    Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, R.Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel ("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib.

    O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.


    Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq - FOTO - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026