• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xankəndi yolunda aksiya davam edir - FOTOLAR

SİYASƏT

13 Dekabr 2022 | 09:36 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndi yolunda aksiya davam edir - FOTOLAR

“Şuşa-Xankəndi yolunda gecəboyu aksiyamız davam etdi, şüarlar səsləndirildi”.

Bunu Bakıvaxtı.az-a Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Laçın-Xankəndi yolunda QHT nümayəndələri və media mənsublarının “Qarabağda ekoloji terrora son!” aksiyası barədə danışarkən deyib.

Onun sözlərinə görə, aksiyada çıxışlar olmayıb, əsasən milli marşlar, vətənpərvərlik mahnıları səsləndirilib: “Aksiya iştirakçıları tonqal ətrafında toplaşdı. Növbəli prinsiplə iştirakçılar çay içməyə gedir, yenidən əraziyə qayıdırdı”.

Elman Cəfərli aksiyanın indi də davam etdiyini vurğulayıb.

“Özəl qurumlar, restoranlar iştirakçılara xidmət göstərirlər, çay və isti yeməklər göndərirlər. Aksiyaçıların sayı getdikcə artır. Bir azdan yəqin ki, çıxışlar da olacaq”, - deyə Elman Cəfərov bildirib.

Nuranə Daxilqızı


Xankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLARXankəndi yolunda aksiya davam edir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR