• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndidə azərbaycanlı ilə erməninin təsadüfi görüşü - VİDEO

CƏMİYYƏT

25 Fevral 2024 | 23:25 | Müəllif: Subhan Mahmudov

Xankəndidə azərbaycanlı ilə erməninin təsadüfi görüşü - VİDEO

Xankəndidə azərbaycanlı və erməni tanışlar təsadüfi görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər “İTV Xəbər Yekun”da yayımlanıb.

Bildirilib ki, onlar bir-birini düz 40 il əvvəl görüblər.

Zakir Həsənov aptekdə əczaçı işləyərkən Mişa Qriqoryan tez-tez ondan dərman alıb. Sonra ermənilərin təcavüzü nəticəsində Xankəndinin azərbaycanlı sakinləri yurdlarından uzaq düşüblər.

İllər sonra Xankəndiyə qovuşan azərbaycanlılar öz evlərini, iş yerlərini axtarırlar. Bu səfərlər zamanı həm də erməni tanışlarla təsadüfi görüş yaşanır.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026