• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qanunsuz ağac kəsən şəxs barədə akt tərtib edildi

CƏMİYYƏT

26 Mart 2024 | 18:07 | Müəllif: Subhan Mahmudov

Qanunsuz ağac kəsən şəxs barədə akt tərtib edildi

Polis əməkdaşları Qubada qanunsuz ağac kəsən şəxs barədə akt tərtib ediblər.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin, eləcə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.

Polis əməkdaşları tərəfindən rayon sakini C.Mirzəyev müəyyən olunub. Onun yaş halda qovaq ağacı kəsdiyi və təbiətə ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026