• Bakı 27° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.8443

    RUB - 0.0194

Xankəndidə xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başladı

CƏMİYYƏT

02 Oktyabr 2023 | 12:20

Xankəndidə xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başladı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib.

Bu barədə Bakıvaxtı.az-a  Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda həmin bölgədə "AzStateNet" şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir.

Qeyd olunub ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, dövlət orqanlarını fasiləsiz və təhlükəsiz xüsusi təyinatlı rabitə ilə təmin olunmasını davam etdirir.

Xatırladaq ki, XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.


SON XƏBƏRLƏR