• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Xaricdə müalicə alan şəxs ölkəyə dərman gətirərsə..."

CƏMİYYƏT

06 Iyul 2023 | 12:55

"Xaricdə müalicə alan şəxs ölkəyə dərman gətirərsə..."

Xaricdə müalicə alan şəxs ölkəyə özü ilə dərman gətirərsə, ona maneə yaradıla bilməz”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi münasibət bildirərkən səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

O qeyd edib ki, özü üçün ölkəyə gətirilən dərman vasitələrinin heç də hamısı şəxsi xəstəliklər üçün istifadə edilmir: “Bəziləri bunun satışını bir formada təşkil edirlər.  Biz nazirlik olaraq qanunla həmin dərmanların keyfiyyətilə bağlı zəmanət verə bilmirik”.  

Nazir müavini deyib ki, Azərbaycanda dərman istehsalına başlanılacaq: “Sənaye parkları və azad iqtisadi zonalarda dərman vasitələrinin istehsalı üçün imkanlar var. Burada əlverişli investisiya mühitinin yaradılması xarici dərman istehsalçıların ölkəmizdə fəaliyyət göstərməsi üçün münbit şərait yaradıb”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR