Yanvarın 23-nə keçən gecə Rusiya ordusu Xarkova hücum etdilər.
Bakıvaxtı.az UNİANA-a istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
İtki və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir. Bundan başqa, bir neçə Tu-95MS strateji bombardmançı təyyarəsinin cənub-şərq istiqamətində uçması qeydə alınıb.
Xarkov meri İqor Terekhov “Telegram” kanalında şəhərdə silsilə partlayışlar baş verdiyini yazıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov Rusiya ordusunun şəhərə zərbələr endirdiyi üçün sığınacaqları tərk etməməyə çağırıb.
Murad Məmmədli
















