• Bakı 24° C

    5.8 m/s

Bayden Rusiya-Türkiyə ticarətində problemlər yaratdı

DÜNYA

22 Fevral 2024 | 00:18 | Müəllif: Subhan Mahmudov

Bayden Rusiya-Türkiyə ticarətində problemlər yaratdı

ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ilə bağlı fərmanı Rusiya ilə Türkiyə arasında ticarət əlaqələrinə mənfi təsir göstərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Qeyd edilir ki, sənəd birbaşa enerji ilə bağlı deyil, lakin o, Rusiya nefti üçün ödənişlərin həyata keçirilməsini bir qədər ləngitdi və Türkiyə ixracına zərbə vurdu.

Həmçinin qeyd edilir ki, Ankara və Moskva hazırda Rusiya-Türkiyə birgə bankının yaradılması məsələsini müzakirə edirlər ki, bu da Amerika tərəfinin Rusiya ilə əməliyyatların aparılmasında Türkiyənin maliyyə-bank sektoruna qoyduğu problemlərin həllinə kömək edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026