Rusiya ordusu dünən axşam saatlarında Ukraynanın müxtəlif bölgələrində mülki infrastrukturu hədəfə alarkən bir çox nöqtədə elektrik enerjisi kəsilib.
Xarkov qubernatoru Oleq Sinegubov bu gün Rusiyanın raket hücumu nəticəsində Xarkovdakı İES-də bir işçinin öldüyünü açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Sinegubov "Xarkovun kritik infrastrukturuna edilən hücumlar nəticəsində bir işçi həyatını itirdi. Xilasetmə qrupları axtarışlarını davam etdirir" deyib.
Ukraynanın Şərq Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən Feysbukda edilən açıqlamada Ukraynanı hədəf alan 11 Rusiya qanadlı raketindən 9-nun hava hücumundan müdafiə sistemləri ilə vurulduğu bildirilib.
Aytac Aslan













jpg-1665557104.webp)


