Ukrayna ordusu əks hücuma başlayacaqmı? Əgər belədirsə, haradan başlayacaq? Amerikada yerləşən Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, bu nöqtələrdən biri cənubdakı Xerson şəhəri ola bilər.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya qüvvələri noyabr ayında Ukraynanın cənubundakı Xersonda Dnepr çayının şimal hissəsindən geri çəkilib.
Ukraynadan gələn mesajlar gözləntiləri artırsa da, yeni iddiaya görə, Ukrayna ordusu Dnepr çayının şərqində, Xersonda yerləşdirilib. ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu bəyan edib ki, rusiyalı hərbi bloqçular bu xəbərləri “kifayət qədər geolokasiya edilmiş şəkillər”lə təsdiqləyiblər. Bəzi beynəlxalq media orqanları da hərbi mənbələrin Xerson şəhəri yaxınlığındakı Dnepr çayı boyunca aktivlik aşkarladığını açıqlayıb.
Gözlənildiyi kimi, Ukraynanın əks hücumu Xersondan başlaya bilər. Dnepr çayının Ukrayna tərəfdə keçməsi Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlaşdığı anlamına gələ bilər.
Ukrayna ordusunun bölgədə əks-hücum keçirməsi Rusiya ilə 2014-cü ildə ilhaq etdiyi Krım yarımadası arasında quru əlaqənin kəsilməsinə səbəb ola bilər. Lakin hərbi ekspertlər bildirirlər ki, Ukrayna ordusu üçün maddi-texniki səbəblərə görə, Dnepr çayı ətrafında hərəkət etmək çətin olacaq. Rusiyanın hərbi hava qüvvələrinin üstünlüyü də Ukraynanın bölgədəki hərbi fəaliyyətini çətinləşdirəcək digər amil kimi qiymətləndirilir.
Ay Tac
















