• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Xəzərdə çəlləklərə bərkidilmış kisədə narkotik aşkarlandı

HADİSƏ

05 Yanvar 2023 | 14:30

Xəzərdə çəlləklərə bərkidilmış kisədə narkotik aşkarlandı

Yanvarın 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmış bir ədəd şübhəli kisə aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Aşkar edilən kisəyə baxış zamanı 2 kiloqram 070 qram narkotik vasitə (1 kiloqam 990 qram “marixuana” və 80 qram “həşiş”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026